SON XƏBƏR

“Kristal Abşeron”nun binaları bir-birinə yaxın, sıx və qarışıq formada inşa olunub — Ekspert RƏYİ

Mart 14
00:32 2023
"Bu gün tikilən hündürmərtəbəli binalarda su boruları partlayırsa, demək ki, həmin tikililər ya standartlara uyğun deyil, ya da keyfiyyətsizdir. Bu cür şikayətlərin olması başa düşüləndir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert, "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
 


Ekspert qeyd edib ki,  "Kristal Abşeron”nun Abşeron və Xırdalanda inşa olunmuş binalarda müəyyən qədər problemlər ola bilər:

"Yəni, infrastruktur baxımdan müəyyən problemlərin olması mümkündür. "Kristal Abşeron”nun binaları bir-birinə yaxın, sıx və qarışıq bir formada inşa olunub. Əhalinin bu baxımdan belə şikayət etməsi başa düşüləndir. 

Ayrıca, hər hansı bir tikinti şirkətinin belə bir problemi mövcuddursa, hesab edirəm ki, bu zaman-zaman onların hamısı ortaya çıxacaq. Çünki yeni tikililərin əksəriyyəti artıq fiziki baxımdan köhnəlmə, aşınma dövrünü yaşayır. Bir neçə il bundan qabaq tikililərin istismar müddəti aşağı idi, illər ötdükcə bu artır və artıq problemlər ortaya çıxnağa başlayır. Hesab edirəm ki, problemlər dərinləşmədən, Mənzil Tikinti kooperativləri və yaxud MMC binalarını inşa edənlər yoxa çıxmadan hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır. Tikinti şirkətləri problemləri aradan qaldırmalıdırlar. Çünki idarəetməni özlərində saxlasalar da, idarəetmə səviyyəsi çox aşağıdır. Yəni sakinlərin faktiki olaraq hüquqlarının kobud şəkildə pozulmasına rast gəlinir. Ona görə də düşünürəm ki, gələcəkdə bu problemləri dövlətin üzərində qalmasın deyə, bu problemlər birdəfəlik həll olunmalıdır".
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook