SON XƏBƏR

“Kristal Abşeron”dan 1 milyonluq məhkəmə iddiası ilə bağlı açıqlama

Yanvar 17
12:18 2024
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində "Kristal Abşeron”un "Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən bir sıra video paylaşımlar edilib.

Qaynarinfo news24.az-a istinadən xəbər verir ki, şirkətinin işgüzar nüfuzuna xələl gətirən bu hadisə ilə bağlı  "Kristal Abşeron” artıq rəsmi şəkildə məhkəməyə müraciət edib. Şirkət dəymiş ziyanın ödənməsi üçün 1 milyon manat tələb edir. 

Bundan əvvəl isə məsələ ilə bağlı şirkətin belə açıqlaması olmuşdu: Mənzili 19 mart 2019-cu ildə, təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verib. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşayış olmadığı təqdirdə divar kağızı və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olub ki, mənzil sahibi tərəfindən bu tip tövsiyələrin heç birinə əməl olunmayıb. Əlavə olaraq da yaşadığı müddət ərzində sakin tərəfindən şirkətə hər hansı bir şikayət daxil olmayıb.

"Kristal Abşeron”un "Sumqayıt 10-cu mikrorayon” layihəsində baş verən hadisə ilə ünvanladığımız sorğuya şirkət tərəfindən cavab verilib. Şirkətin açıqlamasını diqqətinizə çatdırırıq:

"Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq, lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə "VR Project” adı ilə fəaliyyət göstərən şirkəti və həmin şirkətin rəhbəri Vəliyev M. S. tərəfimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələb edərək məhkəməyə verdi. Nəzərinizə çatdırmaq istərdik ki, tələb edilən təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq.

Sonda demək istəyirik ki, "Kristal Abşeron” olaraq hər zaman təmir-tikinti keyfiyyətimizi daha da yaxşılaşdırmaq yolunda ciddi və davamlı addımlar atırıq. İnşaat sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin edərək onların xəyal etdiyi mənzildə yaşaması üçün çalışmışıq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik!"
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook