"Kristal Abşeron" bataqlıqda binalar tikib?! — Sabiq deputat tikinti şirkəti rəhbərlərini TƏNQİD ETDİ
Mart 14
17:43
2023
"Azərbaycanda tikilən binaların arxitekturası, dizayn məsələsi çox pis vəziyyətdədir. Qarabağda tikilən arxitekturaya baxsınlar! Bakıdakı binalar həddən artıq biabırçı vəziyyətdədir, icra başçıları haradan gəldi onlara yer ayırıb. Bələdiyyələri nə qədər tuturlar da, ancaq abır həyaları yoxdur. Bakını elə yükləyiblər ki, altı bal gücündə zəlzələ olsa, Bakıda minimal evlərin 30-40 faizi yerlə bir olacaq. Nə qədər insan öləcək, bunu düşünən yoxdur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib.
"Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların vəziyyətinə də toxunan sabiq deputat qeyd edib ki, bu şirkət də binaları bir-birinin içində tikib.
""Qobu Park-2” yaşayış kompleksinin tikintisinə icazə verən kimdir? Bunun ekpertizasiyası, Dövlət Şəhərsalma və Arxetektura Komitəsi və digər müvafiq qurumlar hara baxır? Bizdə insan həyatı çox adiləşib. Artıq bu barədə danışmağı da bir qədər yersiz görürəm. Yadınızdadırsa, Bakı şəhərində tikintisi yekunlaşmamış bir bina çökdü. İndi Türkiyədə baş verən zəlzələ bunlar üçün dərs olmalıdır. Amma görünən odur ki, hələ də dərs çıxartmayıblar.
O binaları "Kristal Abşeron" elə-belə tikməyib, şirkətin rəhbəri "peşəkar"dır. Ümumiyyətlə, Azərbaycanda hər şeyi pulla həll etmək ənənəsi var. Çox təəssüf ki, dəhşətli ənənə formalaşıb. Ona görə kim harada istəyir bu cür binalar tikir. Bina tikənlər sahibkarlıqla məşğul olan adamlardır, bəs onlara İcra Hakimiyyətləri bina tikməyə nə üçün icazə, torpaq verirlər? Bu cür hallara birdəfəlik son qoymaq lazımdır. Küləklər şəhərinə bu qədər hündürmərtəbəli binalar yaramır. Bakının relyefi terrasdır. Dünyanın heç bir yerində terras yamacında hündür bina tikilmir. Azərbaycan bu sahədə maşallah dünyaya dərs keçir".
Cümşüd Nuriyev bildirib ki, "Qobu Park-2” yaşayış kompleksi bataqlıqda inşa edilib:
"Bu tikintiyə icazə verən icra başçısı dahi adamdır. Təklif edirəm ki, ona "Nobel mükafatı" verilsin. Çünki, adam istifadəsiz torpaqları verir ki, "gedin, istifadə edin". Amma bu adam başa düşmür ki, bura bataqlıqdır. Buna icazə verənlərə "sağol" düşür, bircə onu deyə bilərəm ki, haram xoşları olsun!".

Qlobal.az