Krım tatarlarının deportasiyasından 72 il ötür — VİDEO
May 18
15:09
2016
Krım tararlarının deportasiyası — Krım tatarlarının 1944-ci ildə Özbəkistan SSR və Sovet İttifaqının digər bölgələrinə Stalinin aldığı qərarla mütəşəkkil bir şəkildə deportasiya edilməsidir.
Qlobal.az
1783-ci ildə Krımın Rusiya İmperiyası tərəfindən ilhaqı ilə bir çox dəfə rus dövlət adamları tərəfindən tatarların Krımdan deportasiya qərarı meydana atılmışdı. İkinci dünya müharibəsinin 1941 – 1944 illəri arasında Almaniyanın işğalı altında olan Krımda, Krım tatarlarının bu zaman içərisində faşistlərlə "əməkdaşlıq" içində olduğu yalandan səbəb göstərilərək 1944-ci ildə qanlı Sovet hökuməti tərəfindən onların kütləvi deportasiyası haqqında qərar çıxarıldı.
18 May 1944 tarixində bütün Krımlı məskunlaşmaları deportasiya edilməyə başlandı. Prosesdə 32.000 nəfərdən çox NKVD cəza dəstəsi üzvü iştirak etdi. Ümumilikdə 193.865 Krım tatarı yarımadadan deportasiya edildi. 151.136 nəfər Özbəkistan SSR-yə, 8.597 Mari MSSR-yə, 4.286 Qazaxıstan SSR-yə, geriyə qalan 29,846 nəfər isə Rusiyanın müxtəlif vilayətlərinə deportasiya edildi.
Maydan 10 Noyabra qədərki müddət içərisində Özbəkistana deportasiya edilən Krım tatarlarından 10.105 nəfər aclıqdan ölüb. NKVD məlumatlarına görə təxminən 30.000 (% 20) nəfər, il yarım sürən deportasiya ərzində ölüb. Krım tatar təşkilatlarının məlumatlarına görə isə əhalinin təxminən 46% bu zaman içərisində həyatını itirib.
Qlobal.az