"Krım tarixi sahiblərinə qaytarılmalıdır" - Ərdoğan
Sentyabr 20
10:10
2022
"Əgər tərəflər arasında sülh təmin olunacaqsa, alınan yerlərin geri qaytarılması önəmlidir”
"Report” "TRT haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika mətbuatına müsahibəsində deyib.
"İstənilən, gözlənilən elə budur. Bu mövzuda cənab Quterreşin (BMT-nin Baş katibi Antoniu Quterreş – red.) atdığı addımlar da var. Bizim atdığımız addımlar da var. Bu addımlarla birgə qaytarılmanın təmin olunması, həqiqətən, işimizi asanlaşdırar”, - dövlət başçısı bildirib.
Eyni zamanda Krımın işğalı məsələsinə toxunan Türkiyə lideri bu yarımadanın tarixi sahiblərinə qaytarılmalı olduğunu vurğulayıb: "Krım tarixi sahiblərinə qaytarılmalıdır. Oradakılar bizim soydaşlarımızdır. Belə bir addımın atılması həm bizim, həm Ukraynanın, həm də Krım tatarlarının xeyrinədir. Amma təəssüf ki, indiyədək hansısa addım atılmayıb”.



