SON XƏBƏR

Krım qızının qələbəsinə Rusiyadan etiraz

May 15
13:41 2016
İsveç paytaxtı Stokholm şəhərində keçirilən Eurovision- 2016 mahnı müsabiqəsində Ukrayna qalib gəldikdən sonra, Rusiya nəticələrə "yenidən baxmaq” çağırışı edib.
 
Ukraynalı ifaçı Camala Stalinin hakimiyyəti dövründə krım tatarlarının deportasiyasına həsr edilmiş "1944” adlı mahnı ilə 534 bal toplayıb.
 
Camala bu müsabiqədə iştirak edən ilk krım tatarıdır və onun ifa etdiyi mahnı müsabiqəni "siyasiləşdirməkdə” ittiham edilirdi.
Rusiyanın "Komsomolski Pravda” qəzeti Eurovision təşkilatçılarını Cəmalənin oxuduğu mahnının sözlərinə baxmağa çağırıb.
 
Deputat Elena Drapeko isə bildirib ki, Rusiya "informasiya müharibəsi”nə görə uduzub.
 
Ukrayna prezident Petro Poroşenko isə Cəmalənin ifasını "əsrarəngiz” adlandırıb.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook