SON XƏBƏR

Kremlin Moldovanın məhv etmək planı ələ keçdi: Sandu dərhal hərəkətə keçdi

Fevral 10
12:53 2023
Ukrayna kəşfiyyatı Kremlin Moldovaya nəzarəti ələ almaq planlarını ələ keçirib və prezident Zelenski dərhal bütün məlumatları həmkarı, prezident Maya Sanduya ötürüb.

Qaynarinfo "Yevrapeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Brüsseldə Aİ sammitində Ukrayna prezidenti Volodimir Zelenski danışıb.

"Bu yaxınlarda mən Moldova prezidenti xanım Sandu ilə danışmışam və ona bizim kəşfiyyatımızın ələ keçirə bildiyi şeylər haqqında məlumat vermişəm:
 
Moldovada siyasi vəziyyətin məhv edilməsi barədə Rusiyanın təfərrüatlı planı. Kimin, nə vaxt və hansı hərəkətləri nəticəsində Moldovanı, bu ölkənin demokratik nizamını pozacağını və ona nəzarəti bərqərar edəcəyini göstərən Rusiya sənədi”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, Moldovanı qorumaq üçün bu təhdidlər barədə xəbərdar etməkdən bir dəqiqə belə çəkinməyib.

"Moskvanın Moldovaya qarşı bu plana uyğun hərəkət etmək əmrini verib-vermədiyini bilmirik. Amma biz onların nə etmək istədiyini gördük. Onsuz da Ukraynaya, digər dövlətlərə, xüsusilə Avropaya qarşı nə etməyə çalışdıqlarını burada da gördük. Yeni heç nə yoxdur”, - deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya rejiminin yalnız bir ambisiyası var - Avropanın azadlığını məhv etmək.

Bu məlumatdan bir qədər sonra Moldovanın İnformasiya və təhlükəsizlik xidməti (İTX) təsdiqləyib ki, Moldova tərəfi Rusiyanın bu ölkədə sabitliyi pozmaq üçün kampaniya aparmaq niyyəti barədə Ukraynadan məlumat alıb https://newsmaker.md/rus/novosti/sib-podtverdil-slova-zelenskogo-o-diversionnoy-deyatelnosti-napravlennoy-na-podryv-gosudarstva-moldovy/ .

"İTX təsdiq edir ki, həm ukraynalı tərəfdaşlarımızın verdiyi məlumatlar əsasında, həm də xidmətin operativ işi nəticəsində Moldova dövlətini sarsıtmağa, sabitliyi və ictimai asayişi pozmağa yönəlmiş təxribat fəaliyyəti aşkar edilib”, - deyə xidmətdən bildirir. 

Onlar əlavə ediblər ki, əməliyyat fəaliyyətinin dayandırılması təhlükəsi ilə əlaqədar təfərrüatlı məlumat verə bilmirlər.

Moldova prezidenti Maya Sandu administrasiyası daha sonra bəyan edib ki, o, Volodimir Zelenski ilə bölgədəki vəziyyətlə bağlı daim fikir mübadiləsi aparır.
"Səlahiyyətli orqanlarımız ölkənin təhlükəsizliyini təmin etməyə çalışır və dövlətimizə xələl gətirmək cəhdlərini qabaqcadan görmək və qarşısını almaq üçün tərəfdaşların bütün informasiya dəstəyindən istifadə edir", - Sandu administrasiyası əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook