SON XƏBƏR

Kremldən postsovet ölkələrin NATO ilə əməkdaşlığına münasibət

Dekabr 21
16:25 2021
Moskva postsovet məkanındakı müttəfiqləriylə NATO ilə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edir. 

Qaynarinfo "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun fikrincə, keçmiş SSRİ respublikalarının NATO proqramlarında iştirakını Şimali Atlantika alyansının siyasi və hərbi infrastrukturuna inteqrasiya ilə müqayisə etmək olmaz.

Kreml təmsilçisindən Rusiyanın müttəfiqlərindən hər hansı biri ilə, məsələn, Qazaxıstan və Ermənistanla NATO ilə hərbi əməkdaşlığıyla bağlı mövqeyinin müzakirə edilib-edilməməsi və keçmiş sovet respublikaları üçün bu cür proqramlarda iştiraka nə dərəcədə icazə verildiyi soruşulub. Bununla bağlı Rusiya liderinin sözçüsü qeyd edib ki, tərəfdaşlıq proqramlarında iştirak bir şey, Şimali Atlantika alyansının siyasi və hərbi infrastrukturuna inteqrasiya başqa şeydir.

"Bilirsiniz ki, keçmiş Sovet İttifaqının ərazisində yerləşən əksər ölkələrlə biz KTMT və digər strukturlar çərçivəsində müttəfiqlik öhdəlikləri ilə bağlıyıq və bunun çərçivəsində təbii ki, bütün bu maddələr dəfələrlə danışılıb və müzakirələr davam edir", - o deyib.

Rusiyanın keçmiş sovet respublikalarının bu cür proqramlarında iştirakını icazəli hesab edib-etməməsi sualına cavab verən Peskov deyib ki, bu, həm konkret proqramlardan, həm də onlarda iştirakın xarakterindən və dərinliyindən asılıdır.

"Onların hamısı fərqlidir, burada hər bir fərdi proqramı xüsusi olaraq müzakirə etmək lazımdır, xüsusən indi, faktiki olaraq, əsas müzakirələr və danışıqlar hələ də davam edən zaman burada heç bir ümumi nəticə çıxarmaq mümkün deyil", - mətbuat katibi bildirib. 

Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Digər məsələlərlə yanaşı, Rusiyanın təklifi NATO-nun Şərqi Avropa, Transqafqaz və Mərkəzi Asiyada istənilən hərbi fəaliyyətindən imtina etməyi nəzərdə tutur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook