Kremldən Baydenin Putini “qatil” adlandırmasına reaksiya: "Belə şey olmayıb"
Mart 18
16:02
2021
"Bu, ABŞ prezidenti tərəfindən səsləndirilən çox pis bəyanatdır. O, birmənalı olaraq ölkəmizlə münasibətləri yaxşılaşdırmaq istəmir və biz də buna əsasən hərəkət edəcəyik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Dmitri Peskov jurnalistlərə ABC News-un jurnalistinin sualına cavab olaraq Vladimir Putini "qatil” hesab etdiyini söyləyən Co Baydenin açıqlamasını şərh edərkən deyib və çox şey danışmayacağını bildirib.
Peskov Vladimir Putinin özünün Baydenin sözlərinə reaksiya verib-verməyəcəyini bilmədiyini deyib.
Rusiya səfirinin Vaşinqtondan geri çağırılmasına gəlincə, Kremlin sözçüsü jurnalistlərin təfərrüatlarla bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamalarını və ifadələrində daha dəqiq olmalarını tövsiyə edib.
"Səfir məsləhətləşmələr aparmaq və Rusiya-Amerika münasibətlərinə yenidən baxılması üçün Moskvaya dəvət edildi", - Peskov xatırladıb.
Mətbuat katibi Rusiyanın ABŞ-la diplomatik münasibətlərini kəsməyə hazır olub-olmadığını söyləməkdən də imtina edib.
Eyni zamanda Putinin şəxsən məlumatı səfirdən eşidə biləcəyini istisna etməyib. "Hələ belə bir plan yoxdur, ancaq səfir Antonov bir gündən çox Moskvada olacaq. Lazım gələrsə, prezident onu dinləmək üçün bir qərar verəcək", - Peskov əlavə edib.
Xatırladaq ki, Baydenin Vladimir Putinlə bağlı növbəti açıqlaması ətrafında qalmaqal ABC News-a verdiyi müsahibədən sonra alovlanıb.