Kreml Hələbdəki vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb
Noyabr 29
15:44
2024
Kreml Hələbdəki vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb.
"Hələb ətrafındakı vəziyyətə gəlincə, bu, əlbəttə ki, regionda Suriyanın suverenliyinə qəsddir və biz Suriya hakimiyyətinin bu ərazidə tez bir zamanda asayişi və konstitusiya quruluşunu bərpa etməsinin tərəfdarıyıq”, - Peskov "Kreml Suriyada cərəyan edən vəziyyəti necə xarakterizə edə bilər? suala cavabında deyib.
Kremlin sözçüsü Suriya Prezidenti Bəşər Əsədin Rusiya Federasiyasına gəlişi ilə bağlı Teleqram kanallarının yaydığı məlumatları isə şərh etməyib.
Qeyd edək ki, dünən Rusiyanın bir neçə teleqram kanalı Əsədin Moskvada olduğunu və Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığı haqqında məlumat yayıb.