SON XƏBƏR

Kreditin maaşdan tutulması qanunla tənzimlənirmi? - Video

May 27
00:54 2016
Bəzi banklar kredit verərkən belə bir şərt qoyur ki, aylıq kredit ödənişi müştərinin maaşından çıxılacaq. Artıq bəzi yerlərdə müştəri ilə kredit müqaviləsi imzalayarkən həmin sənədə bu prosesinin tətbiq edilməsi ilə bağlı bənd də salınıb.
 
Xezerxeber-in məlumatına görə, bank hüquqşünası Anar Ramazanov deyir ki, əslində kredit müqaviləsinə belə bir bəndin salınması notarial qaydada təsdiq olunmalıdır.
 
Vətəndaş kreditini qaytararkən ona ödədiyi məbləğ haqqında qəbz verilir. Bank isə müştərinin maaşından krediti çıxanda ortada hər hansı bir qəbz olmur. Sual yaranır ki, məbləğlə bağlı hər hansı problem yaranarsa bu necə həll oluna bilər?
 
Mütəxəssislərin fikrincə bu, bankların müştərilərin ehtiyacından sui-istifadə etməsidir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook