Krediti gecikdirən daha kredit ala bilməyəcək
Oktyabr 01
23:34
2016
Yaxın gələcəkdə kredit büroları yaradılcaq. Həmin bürolarda vətəndaşlarla bağlı ən xırda məlumatlar da öz əksini tapacaq. Bu isə o anlama gəlir ki, gecikməsi olan, qrafiki yaxşı olmayan borcalanların kredit götürməsi daha da çətinləşəcək.
Xezerxeber.com xatırladır ki, Milli Məclisin payız sessiyasında ''Kredit Büroları haqqında'' qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. Məhz həmin qanuna əsasən yeni bürolar yaradılacaq
Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Bununla bağlı kredit bürolarında geniş məlumat bazası yaradılacaq. Məlumat bazalarında borcalanlarla bağlı ən müfəssəl məlumatlar öz əksini tapacaq.
Kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, əgər banklar əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək.
Qlobal.az