SON XƏBƏR

"Kranpartner" MMC-nin işçisi krandan yıxılıb öldü

İyun 21
13:25 2021
İyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən "Xaçmaz Yaşayış Kompleksi"ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, "Kranpartner" MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook