Kosmosda günəş elektrik stansiyaları yaradıla bilər - Alimlər sübut etdi
Oktyabr 25
05:48
2023
Surrey və Suonsi universitetlərinin avstraliyalı alimləri belə qənaətə gəliblər ki, kosmosda günəş elektrik stansiyalarının tikintisi ucuz və yüngül günəş batareyalarından istifadə etməklə mümkündür.
Qaynarinfo xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Acta Astronautica" elmi jurnalında dərc olunub.
Mütəxəssislərin qənaəti silisium telluriddən hazırlanmış günəş panelləri olan sınaq peykinin altı il orbitdə qaldığı və bu müddət ərzində Yer ətrafında 30 min orbiti tamamladığı eksperimentin nəticələrinə əsaslanır.
Sınaq göstərib ki, yüngül çəkili günəş batareyaları günəş radiasiyasına davamlıdır və zaman keçdikcə onların enerji çıxışı azalsa da, kosmosun sərt mühitində etibarlı şəkildə işləyir. Mütəxəssislər texnologiyanı kommersiya baxımından əlverişli adlandırıblar.
"Bu ultra aşağı kütləli günəş batareyası texnologiyası kosmosda yerləşdirilmiş və Yerə təmiz enerji qaytaran böyük, ucuz günəş elektrik stansiyalarına səbəb ola bilər. İndi biz bu texnologiyanın orbitdə etibarlı şəkildə işlədiyinə dair ilk dəlillərə sahibik", deyə tədqiqatda iştirak edən professor Kreyq Andervud bildirib.