Koronavirus Elman Nəsirovun ittihamlarına cavab verdi - MÜSAHİBƏ
İyul 18
23:14
2020
Milli Məclisin deputatı Elman Nəsirov mətbuata açıqlama verərək "Koronavirus” və "Ermənistan” sözlərinin sinonim kimi istifadə olunduğunu deyib. Qlobal.az-ın əməkdaşı deputatın səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün Koronavirusla əlaqə saxlayaraq ondan müsahibə alıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Salam Koronavirus. Yəqin ki, son günlər haqqınızda səslənən ittihamlardan xəbəriniz var.
- Salam. Vallah, son zamanlar haqqımda o qədər ittihamlar səsləndirilib ki... Məni masonlara, Çinə, ABŞ-a, nə bilim yadplanetlilərlə işbirliyində suçlayanlar oldu. Siz konkret hansı ittihamdan danışırsız?
- Deputat Elman Nəsirov sizi Ermənistanla sinonim olmaqda...
- (Gülür) Əşi sən allah bəsdir. Elman Nəsirovla mətbuatdan, feysbukun azərbaycan seqmentindən tanışam. Heyf ki, indiyədək şəxsən tanış ola bilməmişəm. Hə, məsələdən xəbərim var (susur).
- Bəs ittihama münasibət bildirməyəcəksiniz?
- Nə münasibət bildirəcəm? Elman Nəsirovdu da danışır. Bilirsiz ittiham etmək dünyada ən asan olan şeylərdən biridir. Dünyanı mənim qədər tanıyan çox az olar. Bu dəqiqə dünyanın elə bir vaxtıdır ki, hamı hamını ittiham edir. Bu ABŞ-da da belədir, Çində də. Hindistanda da, Böyük Britayada da. İndi siz təsəvvür edin, bu böyüklükdə olan dövlətlərin parlamentində oturanlar bir-birini ittiham edirlərsə, kiçik dövlətlərin deputatları nə etməlidir?! Sadəcə hərdən düşünürəm və düşündükcə də, doğrusu Elman Nəsirov çapında olan siyasətçilərin məni ittiham etməyə qalxması bir az pisimə gedir. Yeddi milyardlıq dünyanın "dizini yerə qoymuşam", indi gör məni kimlər ittiham edir...
- Siz amma yenə də məsələyə konkret münasibət bildirmədiniz.
- Yaxşı, görürəm "qırsaqqız" olmusan. Olar səndən bir söz soruşum?
- Əlbəttə, buyurun.
- Neçə ildir Ermənistanla müharibə edirsiniz?
- Biz Ermənistanla müharibə etmirik. Müharibəni onlar başlayıb, 20 faiz torpağımızı da 30 ildir onlar işğal edib (Sözümü kəsir)...
- Hə, anladım. Faizi, illəri yaxşı əzbərləmisən. (Bir az susur). Bilirsən Elman Nəsirov bir çox müsahibələrində olduğu kimi mənlə bağlı olan məsələdə də bəzi təhriflərə yol verib. Hamı bilir ki, mən dünyada insanlar, ölkələr arasında fərq qoymuram. Mənim üçün fərqi yoxdu, rus ya türk, fars ya erməni. Mənim üçün əsas olan, necə deyərlər sağlam ciyərlərdir. Mənim dünyada sevdiyim şey yalnız sağlam ciyərlərdir. Hiss edirəm ki, dünyada ömrümə az qalıb, ona görə də Elman kimi deputatlara fikir verməməyə çalışıram. Konkret Elman Nəsirova gəldikdə onun 5-6 müsahibəsinə baxmışam, çox məntiqsiz danışır, elə bil, heç kitab üzü açmayıb...
- Amma Puşkini... (Yenə də sözümü kəsir)
- Əşi dayan, bilirəm nə deyəcəksən. Puşkindən misal gətirib - "Sən oğrusan, sən ermənisən", nə bilim nə... Xəbərim var. Guya ki, Puşkini oxuyub. Özün dedin ki, 30 ildir ermənilərlə müharibə edirsiniz. Sənin xəbərin var, Puşkinin yazdığı bu parçanı azərbaycanda nə qədər adam bilir?
- Xeyr!
- Onda xəbərin olsun ki, 1987-1992-ci illərdə bu şeiri bütün azərbaycanlı şagirdlərə əzbərlətmişdilər...
- Axı siz o zaman yox idiniz.
- Kim deyir yox idim? Mən də belə baxanda "60-cı"lardanam. Dünyada nə baş verdiyindən yaxşı xəbərim var. Adıma kimlər pul yazır, kimlər pul silir...
- Siz mövzunu başqa səmtə yönəldirsiniz. Xahiş edirəm mövzudan kənara çıxmayın.
- Nədi, qorxursan?
- Xeyr, nədən qorxmalıyam ki? Ölkəmizdə söz azadlığı, siyasi prüalizm var. Belə də ki, hamı indi sizdən qorxur.
- Hə, məndən düz edib qorxursunuz. Cızığınızdan çox çıxmışdınız. Şəxsi təyyaraləriniz, katerləriniz, göydələnləriniz. İnsanların əksəriyyəti çörək tapa bilmirdi, bəziləriniz delikotes kimi meymun beyni yeyirdiniz. Dünyanın ən gözəl qızlarını ildə 3-4 dəfə yığıb müsabiqə adıyla bazlıq edirdiniz. Sizi düdüyə yığan olmalıydı ya yox?!
- Hacını deyirsiz?
- Mən hacı-macı tanımıram. Nəysə, vaxtım yoxdu sənlə çənə döyməyə. Sağ ol. Məndən də uzaq ol.
- Təşəkkür... (Yenə də sözümü kəsir).
- Gör nə deyirəm.
- Buyurun.
- Azərbaycanda son günlər hamı səfərbərliyə yazılır. Bilmirsən Elman Nəsirov da yazılıb?
- Xəbərim yoxdur, nə üçün soruşdunuz ki?
- Heç, vikipediyasına baxdım, əsgərlikdə olduğu yazılmayıb. Nəysə, sağ ol. Dediyim kimi, məndən də uzaq dur.
- Oldu.

Söhbətləşdi: Cahandar Laçınlı
Qlobal.az