Konqresmen Bakı və İrəvanın razılığını Trampın şüarı ilə şərh edib

Mart 14
07:41
2025
ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
"Report” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının üzvü sosial şəbəkədə paylaşım edib.
"Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam. Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, – o yazıb.