SON XƏBƏR

Komitə sədrinin dələduz dayısı oğlu Xaləddin İsgəndərovu necə "bitirir": 170 minlik qalmaqalın izi ilə...

Fevral 18
12:56 2016
İcra başçısı və komitə sədri istintaqa çağırılacaq: 170 minlik dələduzluq onların karyerasını bitirə bilər
 
Ölkənin bir nömrəli müzakirə mövzularından olan məşhur "170 minlik qalmaqal”la bağlı yeni detallar üzə çıxıb.
 
Savash.org xatırladır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova və sabiq Aparat rəhbəri Səfər İmanov sahibkardan 170 min dollar alaraq ona Binəqədinin başçısı Xaləddin İsgəndərova müavin vəzifəsini təklif ediblər. Aldadılan sahibkarın vəkili Adəm Məmmədov isə ötən gün məsələylə bağlı əlavə detalları açıb: "Müvəkkilim deyir ki, bu təklif qarşı tərəfdən gəlib. Onlar deyiblər ki, Binəqədi ən yaxın və böyük rayondur. Səni ora düzəldəcəyik. Ortaya başqa şikayətçilər də çıxıb. Onların da şikayəti komitə ilə bağlıdır. Həmin 10 nəfərə də pul "atıblar”. Onlara müxtəlif qurumlarda vəzifə söz veriblər. Bundan əlavə bəzilərindən komitənin özündə işə düzəltmək üçün pul alınıb. Şikayətçilər iddia edir ki, Səfər İmanov Azərbaycandan bir xanımla qaçıb. Onlar şikayət ərizələrində başqa tanınmış şəxslərin də adını hallandırdılar”.
 
Bu arada isə məlum oldub ki, 170 min dollar rüşvət qalmaqalında adı hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov Hicran xanımın dost-doğma dayısı oğludur.
 
Mövzuyla bağlı Savash.org-u məlumatlandıran mənbə iddia edir ki, araşdırmalar bu işdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovanın da iştirakçı olmasını göstərir. Eyni zamanda 170 min dolları götürüb ölkəni tərk edən sabiq aparat rəhbəri Səfər İmanovun Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla da isti münasibətləri olub. Bu üzdən də prosesin gedişatından asılı olaraq həm komitə sədri Hicran Hüseynovanın, həm də Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun istintaqa çağırılacağı gözlənilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook