Komitə sədri: "Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir"

Aprel 04
11:42
2023
"Biz deputat həmkarımız Fazil Mustafaya qarşı terror aktını kəskin qınayırıq".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri qeyd edib ki, bu işdə əli olanların cəzalarını alması istiqamətində aidiyyəti qurumların gördüyü işlər dəstəklənir:
"Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, eləcə də bütün bu sistemlə əməkdaşlığı olanlar layiqli cəzasını alacaq. Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bunu hər kəs belə qəbul etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalı və hamı bilməlidir ki, xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri və maraqları nədən ibarətdir".
Qənirə Paşayeva bildirib ki, terroru törədənlərin arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda, təhdid edə bilməz:
"Azərbaycan güclü dövlətdir. Dövlətimiz, xalqımız nəyin nə olduğunun fərqindədir və terror hadisələrinin qarşısını almaq üçün bütün lazımi addımları da atacaq".