SON XƏBƏR

Kolet Buğlye 91 yaşında dissertasiya müdafiə etdi

Mart 16
12:03 2016
Doktorluq dissertasiyasını müdafiə etməyin yaşı yoxdur: Fransanın Bezanson şəhər sakini Kolet Buğlye bunu 91 yaşında bacarıb.
 
AZƏRTAC lefigaro.fr saytına istinadla xəbər verir ki, o, 1983-cü ildə yazmağa başladığı "XX əsrin ikinci yarısında Bezansona immiqrasiya etmiş işçilər” mövzusunda doktorluq dissertasiyasını bu il şəhərin Franche-Comté Universitetində müdafiə edib.
 
Dissertasiya işinin elmi rəhbəri Serj Ormo bildirib ki, tələbəsi bu mövzuda araşdırmaya 60 yaşında – təqaüdə çıxdıqdan sonra başlayıb və bu iş üzərində nə az, nə çox, düz 33 il çalışıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook