"KODAK" hara, dərman istehsalı hara? -NONSES
Avqust 03
17:00
2020
Bir zamanların əfsanəvi fotoapparat və plyonka istehsalçısının əczaçılığa qədər gedən yolunun hekayəti...
"Kodak” bütün dünyada, o cümlədən Azərbaycanda orta və yuxarı yaş qrupları arasında məşhur olan bir markadır. Rəqəmsal erada doğulub-böyüyən yeniyetmə və gənclər arasında bu adı bəlkə duymayanlar ola bilər, amma "kağız şəkillər dövrü”nün nəsilləri "Kodak”ı yaxşı tanıyır, o dövrün peşəkar və həvəskar fotoqrafları üçün isə bu ad doğmadır.
Uzun illərdir kölgədə qalan, nə ilə məşğul olduğu çoxları tərəfindən bilinməyən və yeni dövrə uyğunlaşmaqda çətinlik çəkərək böhran içərisində qıvranan 139 yaşlı firmanın adı geridə qoyduğumuz həftə bir anda dünya mediasının gündəminə qayıtdı, birja xəbərləri və analizləri üzrə ixtisaslaşmış saytların isə baş xəbərlərindən biri oldu.
Nə baş vermişdi?
Ötən həftəyə qədər "Eastman Kodak Company”nin səhmləri brokerlərin, birja spekulyantlarının diqqətini elə də cəlb etmirdi, diqqət göstərənlər isə şirkət səhmlərinin daha da ucuzlaşmasına oynayırdılar. Amma iyulun 28-də birdən-birə "Kodak”ın səhmləri partlayış effekti ilə bahalaşmağa başladı, ilk ticarət sessiyasında 1 səhmin qiyməti 2,6 dollardan 11 dollara yüksəldi. Ertəsi gün ralli davam etdi və səhmlər o qədər anormal dərəcədə uçmağa başladı ki, birja "Kodak” səhmlərinin alqı-satqısını bir neçə dəfə dayandırmaq zorunda qaldı. Bir səhmin qiyməti 33 dollara, şirkətin kapitalizasiyası isə 92 milyon dollardan 1,5 milyard dollara çatdı. Səhmlərin ucuzlaşmasına oynayan spekulyantlar 50 milyon dollarlıq zərərə məruz qaldılar.
Bəs, maliyyə bazarlarında "Kodak” ətrafındakı ajiotajın səbəbi nə idi?
Məsələ burasındadır ki, Donald Tramp administrasiyası dövlət maraqları naminə bir zamanların məşhur fotoapparat və fotoplyonka istehsalçısı olan "Kodak”ın istehsal yönümünü dəyişərək onu əczaçılıq sektoruna yönəltmək üçün şirkətə 765 milyon dollar kredit ayırmaq qərarına gəlib. ABŞ hökuməti əczaçılıq sahəsində strateji rəqib Çindən, eləcə də digər ölkələrdən (məsələn, Hindistan) asılılığa son qoymaq üçün "Kodak”a dərman jenerikləri (inqredient) hazırlamağı tapşırıb. Ötən il ABŞ təkcə Çindən 3,9 milyard dollar dəyərində dərman inqredienti idxal edib. Trampın müşaviri və onun Çinə qarşı siyasətinin əsas müəlliflərindən olan Piter Navarro bildirib ki, 120 vacib dərman vasitəsindən təxminən yarısının istehsalı ölkədə həyata keçirilmir. Navarronun sözlərinə görə, dərman istehsalının əsas üç mərhələsində – aktiv inqredientlərin hazırlanmasında istifadə olunan ilkin materiallar; aktiv inqredientlərin özünün hazırlanması və həb, toz, inyeksiya formasındakı hazır məhsul istehsalında ABŞ-ın xarici tədarük zəncirlərindən təhlükəli asılılığı var. 2019-a olan məlumata görə, aktiv inqredientlərin istehsalı üzrə yalnız 28% sənaye gücü ABŞ ərazisindədir. Avropa Birliyinin payı 26%, Hindistanın payı 18%, Çinin payı isə 13%-dir.
Bu asılılığın nə qədər təhlükəli olduğu pandemiya dövründə bariz şəkildə özünü göstərdi. "Biz artıq həyati əhəmiyyətli dərman vasitələrinin alınmasında Çindən və başqa ölkələrdən heç vaxt asılı olmaq istəmirik”, – deyə Nyu York ştatının qubernatoru, demokrat Endryu Kuomo bildirib. "Eastman Kodak Company” 1881-ci ildə bu ştatın Roçester şəhərində Corc İstmen (George Eastman) tərəfindən yaradılıb. 1888-ci ilin yayında ilk "Kodak” fotoapparatı buraxılıb. "Kodak”ın hazırkı CEO-su Cim Kontinenz (Jim Continenza) qeyd edib ki, fotoploynka üçün kimyəvi məhlulların hazırlanması sahəsində uzun tarixçəyə sahib olan şirkət əsas dərman inqredientlərinin istehsalında ABŞ-ın özünü təmin edə bilən ölkə olmasına dəstək verəcək. Bunun üçün ayrıca şirkət – "Kodak Pharmaceuticals” yaradılacaq.
Kredit 25 illikdir.
Dövlət krediti 1950-ci ildə, Koreya savaşı zamanı qəbul olunan "Müdafiə sahəsində istehsal haqqında” qanuna əsasən verilib. Bu qanun hərbi və mülki müdafiə məqsədləri üçün ölkə ərazisində prioritet qaydada istehsal və maliyyələşdirmə sisteminin yaradılmasına imkan verir. Tramp ilk dəfə bu qanundan 2017-ci ildə aviakosmik sənaye və telekommunikasiya sektoru üçün komponentlərin istehsalının maliyyələşdirilməsində istifadə edib. İkinci dəfə Tramp COVİD-19 pandemiyası başladıqdan sonra, bu ilin yazında həmin qanuna müraciət edərək süni nəfəs aparatlarının və qoruyucu tibbi vasitələrin istehsalını milli müdafiə üçün həyati əhəmiyyətli ehtiyac kimi dəyərləndirib. Bu məqsədlə məşhur avtomobil istehsalçıları "Ford Motors”a respirator və maska, "General Motors”a isə süni tənəffüs aparatları istehsalı həvalə olunub.
Navarro qeyd edib ki, Ağ Ev kritik önəmə sahib dərman preparatlarının yerli istehsalını təşkil etmək üçün ümumən 30 ABŞ şirkətinə dövlət sifarişi verməyi nəzərdən keçirir. İlkin olaraq niyə "Kodak”ın seçildiyini müşavir belə izah edib ki, bu şirkət 1200 akr əraziyə (1 akr təxminən 4 min kv. metrə bərabərdir), 16 milyon kvadrat fut istehsal, laboratoriya, anbar və ofis yerlərinə (1 kv. fut 930 kv. santimetrə yaxındır), seriya istehsal üçün 88 bioreaktora, gündə 30 milyon qallon tullantı sularının təmizlənməsi üçün xüsusi kompleksə (1 qallon 3,7 – 4,5 litrə bərabərdir), avtonom elektrik stansiyasına, orqanik kimyəvi istehsal təcrübəsinə, kimyəvi proseslərə dair öz məlumat bazasına (100 min molekul) malikdir.
"Fuji” təcrübəsi
"Kodak”dan əvvəl bu yoldan "Fujifilm” də keçib. 2010-cu ildə fotoplyonka bazarı çökdükdən sonra yaponlar diversifikasiya həyata keçirərək 10 il ərzində gəlirlərini 57% artıra biliblər, halbuki eyni dövrdə "Kodak”ın satışları 48% azalıb. 2000-ci ildə CEO təyin olunan Siqetaki Komori 2004-cü ildə "Vision-75” adlı (şirkətin 75 illiyi münasibətilə) 6 illik xilas planı hazırlayaraq radikal transformasiya islahatlarına başlayıb. Komori müəyyən edib ki, "Fujifilm” texnologiyalarını əczaçılıq, kosmetika və funksional materiallar istehsalı kimi bazarlara adaptasiya etmək olar. Şirkət maye-kristallik ekranların bumunu proqnozlaşdıraraq bu sahəyə yönəlib. Mühəndislər şirkətin plyonka texnologiyalarından yararlanaraq televizorlar, kompüterlər və smartfonlar üçün maye-kristal ekranların istehsalı üçün lazım olan keyfiyyətli plyonkalar (FUJİTAC) yaradıblar. Bu gün FUJİTAC bu bazarın 70%-ni tutub.
"Fuji” kosmetika bazarına da daxil olaraq bu sahədə "Astalift” şirkəti təsis edib. 2008-ci ildə "Toyoma Chemical” şirkətini satın alan "Fuji” dərman bazarına girib.
"Kodak”: iflasdan dirilişə
"Kodak” fotoaparat istehsalı ilə məşğul olsa da, onun əsas biznesi fotoplyonka və emal xidmətləri idi. Yəni, əsas gəlirlər fotoların çapının təşkilindən ("proyavka”) əldə olunurdu. Şirkət bu məqsədlə istifadə olunan xammalın – kağız və kimyəvi məhlulların satışında 80% bazar payına sahib idi. 2000-ci ildə, rəqəmsal eraya keçid öncəsi, plyonka satışı "Kodak”ın gəlirlərinin 72%-ni təşkil edirdi. Bazarda onun əsas rəqibi "Fujifilm” idi, "Conica” və "Agfa” sonrakı yerləri bölüşdürürdülər. 2001-ci ildə plyonka satışı pik nöqtəsinə çatdı və bazar əvvəlcə yavaş-yavaş, sonra sürətlə daralmağa başladı. 2010-cu ildə fotoplynkaya tələbat 2000-ci illə müqayisədə 10 dəfədən çox azaldı. Adları çəkilən təcrübəli şirkətlər rəqəmsal kamera istehsalına keçid etsələr də, bu, artıq əvvəlki kimi gəlir gətirmirdi. Çünki kağız çap texnologiyasından fərqli olaraq, rəqəmsal kameraların istehsalı daha asan idi və bazarda çoxlu yeni oyunçular, o cümlədən ucuz kameralar təklif edən çinlilər peyda olmuşdu. Əslində "Kodak” ilk rəqəmsal kameranı kəşf edən şirkət olmuşdu, lakin bu sahədə perspektiv görməyərək özünün sevimli gəlir mənbəyi olan plyonka texnologiyasından bərk yapışmışdı. Yalnız 90-cı ilərin sonlarında rəqəmsal seqmentə diqqət yetirən şirkət rəqəmsal fotokamera istehsalı və satışına başladı. Ölkə daxilində satışlar elə də pis getmirdi. Məsələn, 2005-ci ildə "Kodak” ABŞ rəqəmsal fotokamera bazarında 21,3% satış payı əldə etmişdi. Lakin bu sahə rentabelli deyildi və şirkət hər kameradan 60 dollar itirirdi. "Kodak”ın o vaxtkı vitse-prezidenti Antonio Peres rəqəmsal kameraları boş biznes adlandırmışdı.
…Corc İstman 1932-ci ildə intihar edərkən belə bir qeyd yazıb qoymuşdu: "Mənim işim bitdi…” Şirkət də bitmək üzrə idi, amma təslim olmadı – biznesini yenidən strukturlaşdırdı, 530 milyon dollarlıq patent portfelini satdı, pərakəndə məhsul istehsalını dayandırdı. İnvestisiya fondları şirkətə kredit verməyə razılaşdılar. Borclar ödəndi və keçmiş səhmdarlar uzaqlaşdırıldı. 2013-cü il noyabrın 1-də "Kodak” Nyu York birjasına qayıtdı. Şirkət biznes-həllərə üstünlük verirdi: mürəkkəb tipoqrafik maşınların istehsalı, elektron komponentlərin (ekran, mikrosxem) hazırlanması və s… Lakin işlər yenə yaxşı getmirdi. 2018-ci ilin yanvarında "Kodak” blokçeyn layihəsinə başladı, məqsəd həvəskar və peşəkar fotoqraflara öz fəaliyyətlərini monetizasiya etməkdə kömək göstərmək idi. Əvvəlcə bazar bu təşəbbüsü maraqla qarşıladı, səhmlər yüksəlməyə başladı, lakin həmin ilin payızında maraq söndü və hər şey əvvəlki səviyyəyə qayıtdı. Layihə "buxarlandı”…
"Kodak” bütün dünyada, o cümlədən Azərbaycanda orta və yuxarı yaş qrupları arasında məşhur olan bir markadır. Rəqəmsal erada doğulub-böyüyən yeniyetmə və gənclər arasında bu adı bəlkə duymayanlar ola bilər, amma "kağız şəkillər dövrü”nün nəsilləri "Kodak”ı yaxşı tanıyır, o dövrün peşəkar və həvəskar fotoqrafları üçün isə bu ad doğmadır.
Uzun illərdir kölgədə qalan, nə ilə məşğul olduğu çoxları tərəfindən bilinməyən və yeni dövrə uyğunlaşmaqda çətinlik çəkərək böhran içərisində qıvranan 139 yaşlı firmanın adı geridə qoyduğumuz həftə bir anda dünya mediasının gündəminə qayıtdı, birja xəbərləri və analizləri üzrə ixtisaslaşmış saytların isə baş xəbərlərindən biri oldu.
Nə baş vermişdi?
Ötən həftəyə qədər "Eastman Kodak Company”nin səhmləri brokerlərin, birja spekulyantlarının diqqətini elə də cəlb etmirdi, diqqət göstərənlər isə şirkət səhmlərinin daha da ucuzlaşmasına oynayırdılar. Amma iyulun 28-də birdən-birə "Kodak”ın səhmləri partlayış effekti ilə bahalaşmağa başladı, ilk ticarət sessiyasında 1 səhmin qiyməti 2,6 dollardan 11 dollara yüksəldi. Ertəsi gün ralli davam etdi və səhmlər o qədər anormal dərəcədə uçmağa başladı ki, birja "Kodak” səhmlərinin alqı-satqısını bir neçə dəfə dayandırmaq zorunda qaldı. Bir səhmin qiyməti 33 dollara, şirkətin kapitalizasiyası isə 92 milyon dollardan 1,5 milyard dollara çatdı. Səhmlərin ucuzlaşmasına oynayan spekulyantlar 50 milyon dollarlıq zərərə məruz qaldılar.
Bəs, maliyyə bazarlarında "Kodak” ətrafındakı ajiotajın səbəbi nə idi?
Məsələ burasındadır ki, Donald Tramp administrasiyası dövlət maraqları naminə bir zamanların məşhur fotoapparat və fotoplyonka istehsalçısı olan "Kodak”ın istehsal yönümünü dəyişərək onu əczaçılıq sektoruna yönəltmək üçün şirkətə 765 milyon dollar kredit ayırmaq qərarına gəlib. ABŞ hökuməti əczaçılıq sahəsində strateji rəqib Çindən, eləcə də digər ölkələrdən (məsələn, Hindistan) asılılığa son qoymaq üçün "Kodak”a dərman jenerikləri (inqredient) hazırlamağı tapşırıb. Ötən il ABŞ təkcə Çindən 3,9 milyard dollar dəyərində dərman inqredienti idxal edib. Trampın müşaviri və onun Çinə qarşı siyasətinin əsas müəlliflərindən olan Piter Navarro bildirib ki, 120 vacib dərman vasitəsindən təxminən yarısının istehsalı ölkədə həyata keçirilmir. Navarronun sözlərinə görə, dərman istehsalının əsas üç mərhələsində – aktiv inqredientlərin hazırlanmasında istifadə olunan ilkin materiallar; aktiv inqredientlərin özünün hazırlanması və həb, toz, inyeksiya formasındakı hazır məhsul istehsalında ABŞ-ın xarici tədarük zəncirlərindən təhlükəli asılılığı var. 2019-a olan məlumata görə, aktiv inqredientlərin istehsalı üzrə yalnız 28% sənaye gücü ABŞ ərazisindədir. Avropa Birliyinin payı 26%, Hindistanın payı 18%, Çinin payı isə 13%-dir.
Bu asılılığın nə qədər təhlükəli olduğu pandemiya dövründə bariz şəkildə özünü göstərdi. "Biz artıq həyati əhəmiyyətli dərman vasitələrinin alınmasında Çindən və başqa ölkələrdən heç vaxt asılı olmaq istəmirik”, – deyə Nyu York ştatının qubernatoru, demokrat Endryu Kuomo bildirib. "Eastman Kodak Company” 1881-ci ildə bu ştatın Roçester şəhərində Corc İstmen (George Eastman) tərəfindən yaradılıb. 1888-ci ilin yayında ilk "Kodak” fotoapparatı buraxılıb. "Kodak”ın hazırkı CEO-su Cim Kontinenz (Jim Continenza) qeyd edib ki, fotoploynka üçün kimyəvi məhlulların hazırlanması sahəsində uzun tarixçəyə sahib olan şirkət əsas dərman inqredientlərinin istehsalında ABŞ-ın özünü təmin edə bilən ölkə olmasına dəstək verəcək. Bunun üçün ayrıca şirkət – "Kodak Pharmaceuticals” yaradılacaq.
Kredit 25 illikdir.
Dövlət krediti 1950-ci ildə, Koreya savaşı zamanı qəbul olunan "Müdafiə sahəsində istehsal haqqında” qanuna əsasən verilib. Bu qanun hərbi və mülki müdafiə məqsədləri üçün ölkə ərazisində prioritet qaydada istehsal və maliyyələşdirmə sisteminin yaradılmasına imkan verir. Tramp ilk dəfə bu qanundan 2017-ci ildə aviakosmik sənaye və telekommunikasiya sektoru üçün komponentlərin istehsalının maliyyələşdirilməsində istifadə edib. İkinci dəfə Tramp COVİD-19 pandemiyası başladıqdan sonra, bu ilin yazında həmin qanuna müraciət edərək süni nəfəs aparatlarının və qoruyucu tibbi vasitələrin istehsalını milli müdafiə üçün həyati əhəmiyyətli ehtiyac kimi dəyərləndirib. Bu məqsədlə məşhur avtomobil istehsalçıları "Ford Motors”a respirator və maska, "General Motors”a isə süni tənəffüs aparatları istehsalı həvalə olunub.
Navarro qeyd edib ki, Ağ Ev kritik önəmə sahib dərman preparatlarının yerli istehsalını təşkil etmək üçün ümumən 30 ABŞ şirkətinə dövlət sifarişi verməyi nəzərdən keçirir. İlkin olaraq niyə "Kodak”ın seçildiyini müşavir belə izah edib ki, bu şirkət 1200 akr əraziyə (1 akr təxminən 4 min kv. metrə bərabərdir), 16 milyon kvadrat fut istehsal, laboratoriya, anbar və ofis yerlərinə (1 kv. fut 930 kv. santimetrə yaxındır), seriya istehsal üçün 88 bioreaktora, gündə 30 milyon qallon tullantı sularının təmizlənməsi üçün xüsusi kompleksə (1 qallon 3,7 – 4,5 litrə bərabərdir), avtonom elektrik stansiyasına, orqanik kimyəvi istehsal təcrübəsinə, kimyəvi proseslərə dair öz məlumat bazasına (100 min molekul) malikdir.
"Fuji” təcrübəsi
"Kodak”dan əvvəl bu yoldan "Fujifilm” də keçib. 2010-cu ildə fotoplyonka bazarı çökdükdən sonra yaponlar diversifikasiya həyata keçirərək 10 il ərzində gəlirlərini 57% artıra biliblər, halbuki eyni dövrdə "Kodak”ın satışları 48% azalıb. 2000-ci ildə CEO təyin olunan Siqetaki Komori 2004-cü ildə "Vision-75” adlı (şirkətin 75 illiyi münasibətilə) 6 illik xilas planı hazırlayaraq radikal transformasiya islahatlarına başlayıb. Komori müəyyən edib ki, "Fujifilm” texnologiyalarını əczaçılıq, kosmetika və funksional materiallar istehsalı kimi bazarlara adaptasiya etmək olar. Şirkət maye-kristallik ekranların bumunu proqnozlaşdıraraq bu sahəyə yönəlib. Mühəndislər şirkətin plyonka texnologiyalarından yararlanaraq televizorlar, kompüterlər və smartfonlar üçün maye-kristal ekranların istehsalı üçün lazım olan keyfiyyətli plyonkalar (FUJİTAC) yaradıblar. Bu gün FUJİTAC bu bazarın 70%-ni tutub.
"Fuji” kosmetika bazarına da daxil olaraq bu sahədə "Astalift” şirkəti təsis edib. 2008-ci ildə "Toyoma Chemical” şirkətini satın alan "Fuji” dərman bazarına girib.
"Kodak”: iflasdan dirilişə
"Kodak” fotoaparat istehsalı ilə məşğul olsa da, onun əsas biznesi fotoplyonka və emal xidmətləri idi. Yəni, əsas gəlirlər fotoların çapının təşkilindən ("proyavka”) əldə olunurdu. Şirkət bu məqsədlə istifadə olunan xammalın – kağız və kimyəvi məhlulların satışında 80% bazar payına sahib idi. 2000-ci ildə, rəqəmsal eraya keçid öncəsi, plyonka satışı "Kodak”ın gəlirlərinin 72%-ni təşkil edirdi. Bazarda onun əsas rəqibi "Fujifilm” idi, "Conica” və "Agfa” sonrakı yerləri bölüşdürürdülər. 2001-ci ildə plyonka satışı pik nöqtəsinə çatdı və bazar əvvəlcə yavaş-yavaş, sonra sürətlə daralmağa başladı. 2010-cu ildə fotoplynkaya tələbat 2000-ci illə müqayisədə 10 dəfədən çox azaldı. Adları çəkilən təcrübəli şirkətlər rəqəmsal kamera istehsalına keçid etsələr də, bu, artıq əvvəlki kimi gəlir gətirmirdi. Çünki kağız çap texnologiyasından fərqli olaraq, rəqəmsal kameraların istehsalı daha asan idi və bazarda çoxlu yeni oyunçular, o cümlədən ucuz kameralar təklif edən çinlilər peyda olmuşdu. Əslində "Kodak” ilk rəqəmsal kameranı kəşf edən şirkət olmuşdu, lakin bu sahədə perspektiv görməyərək özünün sevimli gəlir mənbəyi olan plyonka texnologiyasından bərk yapışmışdı. Yalnız 90-cı ilərin sonlarında rəqəmsal seqmentə diqqət yetirən şirkət rəqəmsal fotokamera istehsalı və satışına başladı. Ölkə daxilində satışlar elə də pis getmirdi. Məsələn, 2005-ci ildə "Kodak” ABŞ rəqəmsal fotokamera bazarında 21,3% satış payı əldə etmişdi. Lakin bu sahə rentabelli deyildi və şirkət hər kameradan 60 dollar itirirdi. "Kodak”ın o vaxtkı vitse-prezidenti Antonio Peres rəqəmsal kameraları boş biznes adlandırmışdı.
Rəqəmsal fotokameraların ömrü çox çəkmədi: "Facebook” və digər sosial şəbəkələrin ortaya çıxması və "ağıllı” telefon texnologiyaları rəqəmsəl kameraları bir anda lasımsız əşyaya çevirdi. Artıq kameralarla şəkil çəkib, onu kağıza köçürməyə ehtiyac qalmadı, insanlar öz smartfonları ilə istədikləri zaman şəkil çəkib, internetdə və sosial şəbəkələrdə paylaşmağa başladılar. 2003-cü ildə kameralı telefonların satışı rəqəmsal fotoapparatları üstələdi. 2000-ci ildə bir rəqəmsal fotokameranın orta qiyməti 393 dollar olduğu halda, 2012-ci ildə qiymət 78 dollara qədər dramatik eniş yaşadı. Nəticədə "Eastman Kodak” 2012-ci ilin yanvarında Nyu York federal məhkəməsinə müraciət edərək müflis elan olunmasını istədi. Bir səhmin qiyməti 36 sentə düşmüşdü. Şirkət restrukturizasiya həyata keçirəcəyini elan etdi və birjadan çıxdı. (Delistinq.)
İndi "dövlət baba”nın qayğısı sayəsində bu qədim şirkət dərman sektoruna daxil olaraq ikinci şans əldə edib. "Kodak” əfsanəsi hələ yaşayır…
Mənbə: pressklub