“Kod 152”: Erməni agentin Bakı əməliyyatı
Mart 24
12:51
2016
Əlvənd Mehmanın qalmaqallı dedektiv kitabı çap olunub.
Axar.az xəbər verir ki, gerçək faktlara söykənən "Avropalı agent kod 152” romanında avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunur.
Kitabda Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq polislə krimanal aləmin birgə əməliyyatı da öz əksini tapıb. Kitabda məşhur avtoritet "Yaponçik"in Azərbaycan dili bilməsi də yer alıb.
Həmçinin, Arran dövlətinin tarixinin itməsində Vatikan və digər Avropa dövlətinin maraqları, Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla Həmdünyam kəndində görüşünün sirləri təsvir olunub.
"Avropalı agent kod 152” kitabını "28 May" metrostansiyası ətrafındakı kitab mağazalarından və digər kitabxanalardan əldə etmək mümkündür.
Qlobal.az