SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTO

Fevral 14
11:23 2025
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Məhəmmədi qəsəbəsində yerləşən Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) məxsus Logistika Mərkəzində olublar. Ziyarət çərçivəsində qonaqlar VŞQ-nin təsisçisi və İdarə Heyətinin sədri Aydın Talıbov və Qrupa aid olan biznes subyektlərinin rəhbərləri ilə birlikdə Logistik Mərkəzin iş fəaliyyəti ilə yaxından tanış olublar. İnfotur çərçivəsində KOBİA üzvlərinə pərakəndə sektoru əhatə edən tədarük zəncirinin necə həyata keçirilməsi ilə bağlı dolğun məlumat verilib, bəzi əməliyyatların icrası canlı nümayiş edilib.

KOBİA nümayəndələri  Logistika Mərkəzinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Xonça” istehsalat fabrikinin iş fəaliyyəti ilə də yaxından tanış olublar.

Ardınca nümayəndə heyətlərinin iştirakı ilə tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb. Aydın Talıbov qonaqlara Veysəloğlu Şirkətlər Qrupu və ona aid olan biznes subyektləri, eləcə də, pərakəndə sektorun mərkəzi dağıtım sistemlərinin fəaliyyətinin kiçik və orta sahibkarların inkişafına necə dəstək verməsi ilə bağlı prosesi ətraflı izah edib. 

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov da mövzu ilə bağlı fikirlərini bildirib, pərakəndə sektorun kiçik və orta sahibkarlara dəstək olmasının zəruriliyini vurğulayıb. Qərara gəlinib ki, kiçik və orta sahibkarların pərakəndə sektor nümayəndələri ilə görüşlərinin daha da intensivləşməsi, bu sahədə olan çətinliklərin həlli istiqamətində lazımi addımların atılması məqsədəuyğundur. Həmçinin tərəflərin iştirakı ilə birgə Forumun keçirilməsi ilə bağlı da ilkin razılıq əldə olunub. 

Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşavir İlqar Nuri "Araz” və "OBA” marketlər şəbəkələrinin kiçik və orta sahibkarlara verdiyi dəstək və bundan doğan nəticələrlə bağlı ətraflı video təqdimat edib.

Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan  Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi Logistika Mərkəzinin təməli 2017-ci ildə qoyulub. Mərkəz həm Keyfiyyət idarəetmə, həm də Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi  22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.

Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar da fəaliyyət göstərir. Müasir texnologiya və innovativ üsullarla hazırlanmış xüsusi soyutma sistemli daşınma nəqliyyat vasitələri ilə qida məhsulları soyuq zəncir prinsipi qorunmaqla satış nöqtələrinə çatdırır.

Logistika Mərkəzinin yerləşdiyi ərazidə Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Xonça” istehsalat fabriki də fəaliyyət göstərir. "Xonça” beynəlxalq standartlara uyğun qurulub və müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Fabriki Qafqazın ən böyük şirniyyat istehsal məntəqələrindən biridir və burada aylıq 1000 tondan çox məhsul istehsal edilir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur. 

Logistika Mərkəzi və "Xonça”da ümumilikdə 3000 nəfər əməkdaş çalışır.
 
Qlobal.az 
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook