Kobaxidze Trampa dəstək ifadə edib

Mart 01
14:44
2025
Görünür, Qlobal Müharibə Partiyası asanlıqla təslim olmayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tramp-Zelenski mübahisəsinə münasibət bildirərkən deyib.
Tramp-Zelenski mübahisəsinə reaksiya
Sülh və müharibə qüvvələri arasında aydın xətt
Dünən sülh istəyən, ukraynalıların taleyinin qayğısına qalan qüvvələrlə ən son ukraynalının ölümünü istəyən qüvvələr arasında aydın xətt çəkildi. Həmçinin bu da aydın oldu ki, Qlobal müharibə partiyası və Dərin Dövlət o qədər də asan təslim olmayacaqlar. Bizim üç ildir ki, mübahisəsini etdiklərimiz bir daha təsdiqləndi – ABŞ və Qlobal Müharibə Partiyası iki ayrı qurumdur. Müharibə tərəfi ilə sülhsevər qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur.
Ukraynada müharibənin tez bitməsinin əhəmiyyəti