SON XƏBƏR

Köməksiz qalan uşaqlar xilas edildi – Video

Fevral 08
01:40 2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qlobal.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Çağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər.

Bundan əlavə, Şəmkir rayonu, Səməd Vurğun küçəsində iki azyaşlının evdə köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq 2022-ci və 2023-cü il təvəllüdlü uşaqları xilas ediblər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook