SON XƏBƏR

“Kiyevin səhvini təkrar etməyin” - Kreml İrəvanı açıq təhdid edir

İyul 25
14:07 2024
"Rusiya Ermənistanı qardaş ölkə hesab edir və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək”.

"AzPolitika” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

Kremlin mətbuat katibinin sözlərinə görə, Ermənistan Rusiya üçün müttəfiq olaraq qalır, amma eyni zamanda da İrəvanın "yolunu azmaması” tövsiyyə olunur: "Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini özü seçir. Eyni zamanda, Rusiya üçün Ermənistan müttəfiqimiz, qardaş ölkə olaraq qalır. Biz bu cür axtarışlara (prioritet istiqamətlərin seçilməsi nəzərdə tutulur-red.) hörmətlə yanaşırıq, lakin bu axtarışların bir vaxtlar Kiyev rejiminin seçdiyi rejimdə aparılmasını istəməzdik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook