Kiyev Hərbi Məktəbində qızlar da təhsil alacaq
Sentyabr 02
10:21
2019
Sentyabrın 1-dən Kiyevin nüfuzlu Ivan Bohun Ali Hərbi Məktəbinin tarixində ilk dəfə olaraq 20 gənc qız təhsil almağa başlayıb.
Məktəbin direktoru, general-mayor Ihor Hordiychuk deyib ki, məktəbə 300 tələbənin qəbul qaydaları qızlar və oğlanlar üçün eyni olub, onların "biliyi, fiziki hazırlığı, Ukrayna Silahlı Qüvvələrinin zabiti olmaq arzusu əsas götürülüb”.
Məktəbin əsas binası çar erasına aid, 1914-1916-cı illərdə tikilmiş binada yerləşir. Bu bina xüsusi statusa malikdir.
Ordunun bildirməsinə görə, bu ilin yanvarından Ukraynanın şərqində Moskvanın dəstəkldiyi separatçılara qarşı vuruşan qüvvələrdə xidmət edənlərin 8 faizini qadınlar təşkil edir.
Ölkə üzrə Silahlı Qüvvələrin bütün personalının 10 faizə yaxını isə qadınlardır və bu da NATO ölkələri ilə eynidir.