SON XƏBƏR

KİVDF-nin maliyyə ayırdığı qəzetlərin siyahısı açıqlandı - SİYAHI

Dekabr 30
15:36 2015
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda bir məsələ - Fondun 2016-cı ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təklifləri müzakirə olunub.
 
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat vermək üçün üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
 
Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 34 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb.
 
Həmin qəzetlərin layihələrinin 2015-ci ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini qeyd edən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra "Zaman Azərbaycan" qəzeti istisna olmaqla, digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
 
"Zaman Azərbaycan" qəzetinin təqdim etdiyi sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Şura üzvləri ətraflı tanışlıqdan sonra qəzetin təqdim etdiyi sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyini bildiriblər.
 
Müzakirələrin sonunda müsabiqəyə sənəd təqdim etmiş 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. "Zaman Azərbaycan" qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
 
2016-cı ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:

1. "Kaspi” qəzeti 60 000
 
2. "Mövqe” qəzeti 60 000
 
3. "Yeni Azərbaycan” qəzeti 60 000
 
4. "Ədalət” qəzeti 60 000
 
5. "525-ci qəzet” qəzeti 60 000
 
6. "Səs” qəzeti 60 000
 
7. "Bakı-Xəbər” qəzeti 60 000
 
8. "Yeni Müsavat” qəzeti 60 000
 
9. "Kaspiy" 60 000
 
10. "Ekspress” qəzeti 60 000
 
11. "Palitra” qəzeti 60 000
 
12. "Paralel” qəzeti 40 000
 
13. "Həftə İçi” qəzeti 40 000
 
14. "Azad Azərbaycan” qəzeti 40 000
 
15. "Şərq” qəzeti 40 000
 
16. "Xalq Cəbhəsi” qəzeti 40 000
 
17. "Futbol+Qol” qəzeti 40 000
 
18. "Bizim Yol” qəzeti 40 000
 
19. "Olaylar” qəzeti 40 000
 
20. "Novoye Vremya” qəzeti 30 000
 
21. "Futbol+” qəzeti 30 000
 
22. "Üç Nöqtə” qəzeti 30 000
 
23. "Azernews” qəzeti 30 000
 
24. "Unikal” qəzeti 20 000
 
25. "Olimpiya Dünyası”qəzeti 20 000
 
26. "Oxu Məni” qəzeti 20 000
 
27. "Reytinq” qəzeti 9 000
 
28. "Təhsil Problemləri” qəzeti 9 000
 
29. "The Business Times” qəzeti 9 000
 
30. "Hərbi And” qəzeti 9 000
 
31. "Türküstan” qəzeti 9 000
 
32. "İqtisadiyyat” qəzeti 9 000
 
33. "Hürriyyət" qəzeti 9 000 CƏMİ
 
34 Redaksiya 1.223.000
 
(strateq.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook