KİV: “Ukraynanın əks-hücuma keçəcəyi gözlənilir”
Avqust 20
14:03
2022
"Rusiyanın Ukraynadakı hərbi əməliyyatları demək olar ki, tam dayanıb. Hazırda tərəflərdən heç biri müharibənin gedişatına əhəmiyyətli şəkildə təsir göstərəcək hücumlar barədə düşünümrlər”.
"AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın "Bloomberg” nəşrində yayımlanan məqalədə deyilir.
Onlar belə bir əks-hücumun gözlənildiyini bildiriblər. ABŞ yüksək dəqiqliyə malik olan HIMARS sistemlərini Ukraynaya verdikdən sonra Rusiyanın təchizat anbarlarına hücumların sayı artıb. Bu da rus ordusunun irəliləməsinin qarşısını alıb və Ukraynanın mümkün itkilərini minumuma endirib.
Müstəqil hərbi analitiklər isə hesab edirlər ki, hazırda Ukraynanın əsas məqsədi Rusiyanın döyüş qabiliyyətini tamamilə məhv etməkdir. Bu strategiyanın uğurlu olması üçün də ABŞ Ukraynanı daha çox uzaq mənzilli artilleriya sistemləri ilə təmin etməlidir.



