KİV: İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb
Oktyabr 28
08:50
2022
"SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask "Twitter”ə rəhbərlik etməyə başlayıb, əvvəlki rəhbərlik isə qərargahı tərk edib.
"Report” xəbər verir ki, bu barədə CNBC-nin müxbiri Devid Faber mənbələrə istinadən məlumat verib.
"İlon Mask indi "Twitter”ə rəhbərlik edir. Mənə məlumat verildi ki, keçmiş baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal qərargahı tərk ediblər və Mask dövrü başladığı üçün geri qayıtmayacaqlar”- deyə, o bildirib.
"Financial Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, Mask artıq şirkəti almaq üçün sövdələşməni bağlayıb.