SON XƏBƏR

KİV: Fransada hökumət böhranı hərbi büdcənin artırılması planlarını alt-üst edir

Dekabr 12
09:55 2024
Fransanın hökumət böhranı ölkənin müdafiə büdcəsini 3,3 milyard avro artırmaq planlarını alt-üst edir ki, bu da müdafiə podratçıları ilə münasibətlərini korlaya bilər.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Fransanın müdafiə sənayesinin adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

"Hökumət istehsalçılara "narahat olmayın, biz sifariş verəcəyik” deməklə onları istehsal etməyə təşviq edərsə və sonra onları yerləşdirməzsə, bu, problem yaradacaq”, - nəşr rəsminin sözlərindən sitat gətirib.

O, həmçinin bildirib ki, büdcənin artırılması planları gecikdirilsə, hər hansı bir azalma çox güman ki, adi silahlara sərmayəyə təsir göstərəcək, çünki hakimiyyət "nüvə silahından çəkindirmə qabiliyyətini qurban verməyəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook