SON XƏBƏR

Kinematoqrafçılar İttifaqının qurultayı nə vaxt keçiriləcək?

Avqust 22
13:02 2023
Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayının nə vaxt keçiriləcəyi dəqiqləşməyib. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. 

O bildirib ki, qurultayın gecikməsi sənət adamlarının məzuniyyətdə olması ilə əlaqədardır: 

"Sentyabr ayı gəlsin, yeni mövsüm başlasın. Ümid edirəm ki, o zaman qurultayın vaxtı açıqlanacaq. Hamı bir təşkilatda birləşəcək”. 

Rasim Balayev qeyd edib ki, kinonun inkişafı ilə bağlı bütün təkliflər Kinematoqrafçılar İttifaqının qurultayında irəli sürüləcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook