Kimlərə hərbi xidmətdən möhlət veriləcək? – Dövlət Xidməti açıqlama yaydı
May 19
16:33
2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ali və orta ixtisas məktəblərində təhsilin dayandırılmasına görə kimlərə hərbi xidmətə çağırışdan möhlət veriləcəyi haqda açıqlama yayıb.
1. Ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
2. Peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
3. Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
4. Əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;
5. Xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.



