SON XƏBƏR

Kim Çen In Cənubi Koreya nümayəndə heyətini qəbul edib

Mart 06
09:01 2018
KXDR lideri Kim Çen In Pxenyanda Cənubi Koreya nümayəndə heyətini qəbul edib.
 
APA-nın "Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, KXDR liderinə Cənubi Koreya prezidenti Mun Çje İnin məktubu çatdırılıb.
 
Söhbət zamanı Koreya yarımadasında gərginliyin yumşaldılması, iki ölkə arasında dialoqun, əlaqələrin və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Cənubi Koreyanın 10 nəfərdən ibarət yüksək rütbəli nümayəndə heyətinin Pxenyana ikigünlük səfəri martın 5-də başlayıb. Nümayəndə heyətinin tərkibinə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri və prezidentin milli təhlükəsizlik üzrə müşaviri daxil olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook