SON XƏBƏR

Kilsənin ateist alimə duası etiraz doğurdu

Fevral 16
17:11 2016
İngiltərə kilsəsinin nümayəndələri Tvitter hesabında dünya şöhrətli ateist alim Riçard Dokinzlə bağlı tvit paylaşıb.
 
Axar.az xəbər verir ki, "Dualar Dokinz və ailəsi üçün” tviti mübahisəyə səbəb olub. Paylaşımdan sonra bir çox insan sosial mediadan kilsənin məşhur ateisti məsxərəyə qoyub-qoymaması ilə bağlı suallar verib.
 
Reaksiyalardan sonra kilsə açıqlama verərək tvitin sadə bir duadan ibarət olduğunu bildirib.
 
 
Qeyd edək ki, Riçard Dokinz bir müddət əvvəl infarkt keçirib. Hazırda onun səhhəti qaydasındadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook