SON XƏBƏR

Kilis və Şanlıurfada axtarış-xilasetmə əməliyyatları başa çatıb

Fevral 10
10:05 2023
Türkiyənin Kilis və Şanlıurfa vilayətlərində axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, Diyarbəkir, Adana və Osmaniye vilayalətlərində də axtarış işlərinin böyük hissəsi tamamlanıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saatlıq fərqlə 7,7 və 7,6 maqnitudada iki zəlzələ baş verib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook