Kılıçdaroğlunun şəhidin dəfninə göndərdiyi çələng etiraza səbəb oldu - Foto
Fevral 10
10:23
2016
Türkiyənin Hakkari vilayətindəki ticarət mərkəzlərindən birindən çıxarkən PKK terrorçularının açdığı atəş nəticəsində şəhid olan polis əməkdaşı Əbdülqədir Oğuzun dəfn mərasimində qalmaqal yaşanıb.
Şanlıurfada torpağa basdırılan şəhidin dəfninə Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu çələng göndərib.
Mərhumun yaxınlarından biri "Bunlar terrorçularla əlbirdirlər, çələngləri lazım deyil” deyərək çələngi yerə tullayaraq əzib.
qafqazinfo




