“Khazar Drink“ məhkəmə qarşısında - Protokola bu tarixdə baxılacaq
Yanvar 28
11:42
2025
"Khazar Drink" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyevin sədrliyi ilə fevralın 3-də baxılacaq.
Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qlobal.az