Kevin De Bruyne ilə bağlı daha bir iddia: Messinin komanda yoldaşı ola bilər

Aprel 09
01:26
2025
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin oyunçusu ola bilər.
Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, De Bruyne karyerasını MLS-də davam etdirmək istəsə, David Bekhemin klubunun yarımmüdafiəçi ilə eksklüziv danışıqlar aparmaq hüququ var.
Çempionatın qaydalarına görə, klublar istənilən vaxt danışıqlar üçün siyahısında beşə qədər oyunçu əlavə edə bilər. Şimali ABŞ təmsilçisi oyunçunun adını təqdim etməklə çempionatın digər iştirakçıları ilə rəqabət olmadan ilk növbədə danışıqlara başlamaq üçün müstəsna hüquqa malikdir.
De Bruyne bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 32 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.