SON XƏBƏR

Kertis Skaparotti NATO-nun Avropada yeni baş komandanı təyin olunub

Mart 12
01:17 2016
Komandanlığın təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.
 
NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib. Oxu.Az-ın RİA Novostiyə istinadən verdiyi xəbərə əsasən, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata əsasən, general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.
 
Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir. Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook