SON XƏBƏR

Kerri: İŞİD-in məğlub ediləcəyinə əminəm

Noyabr 24
13:31 2015
ABŞ dövlət katibi Con Kerri deyib ki, İŞİD-ə qarşı vahid cəbhə var və o, yaraqlı qruplaşmasının məğlub ediləcəyinə əmindir.
 
Əbu-Dabi səfəri zamanı NBC telekanalının "Today Show” proqramına danışan Kerrinin sözlərinə görə, strategiya qüvvədədir və koalisiyaya rəhbərlik edən ABŞ səylərini artırmaqdadır.
 
O, habelə deyib ki, Fransa, Livan və Misirdə hücumları həyata keçirən terrorçular İraq və Suriyadakı döyüşçülərdən ilhamlanıblar və koalisiya qüvvələri qarşıdakı günlərdə bu iki ölkədə hava hücumlarının sayını artırmağı planlaşdırır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook