SON XƏBƏR

Kərəm Həsənovdan məşhur stilistə və idmançıya özəl jest: 9998 mənzil sahibi gözləyir

May 26
23:54 2019
"Akkord” şirkətlər qrupunun Azərbaycanda bu vaxta kimi inşa etdiyi binalarda 10 mindən artıq mənzil var. Həmin mənzilindən isə yalnız birinin rəsmi sahibi olduğu haqda bir neçə gün öncə yerli mediada məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, bu şəxs məşhur stilist Anar Ağakişiyevdir. Məlumat üçün bildirək ki, dövlət başçısı İlham Əliyev sənədsiz mənzillərin sahiblərinə "kupça” verilməsi ilə bağlı fərman verib. Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı İ.Əliyevin verdiyi fərmana görə, bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Məlum qərardan sonra gözlənilirdi ki, bütün mənzillərə, həmçinin "Akkord”un inşa etdiyi mənzillərə "kupça” veriləcək. Ancaq cumhuriyyet.az xatırladır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov prezidentin qərarından əvvəl Anar Ağakişiyevə özəl jest edib. Prezidentin fərmanı 2020-ci il yanvarın 1-dən qüvvəyə minəməsi nəzərdə tutulsa da, A.Ağakişiyev artıq heç bir mənzil sahibinin bacarmadığını illər əvvəl əldə edib. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı məlum olub ki, "kupça” alan tək Anar Ağakişiyev deyilmiş. 2-ci "kupça” sahibi 9 qat DŪNYA ,3 qat AVROPA çempionu, beynelxalq idman ustası Araz Musayev olub. Tanıdınız də, hansı Arazdır. Narmin Shahmarzadeni məhkəməyə verən. Və təxmin etdiniz 9998 nəfəri tapdalayıb iki nəfərə "kupça” verən kimdir?

Bu jestin arxasında nəyin dayanması elə də ciddi maraq kəsb etmir. Kərəm Həsənovla Anar Ağakişiyev arasında hansısa əlaqənin olub-olmaması haqda mətbuatda məlumat yazılmayıb. Maraqlısı odur ki, K.Həsənov stilistə "kupça” verməklə 9998 mənzil sahibini bir tərəfdə, Anar Ağakişiyevi isə bir tərəfdə saxlayıb, fərqləndirilib. Bunun səbəbi nədir? Kərəm Həsənov prezidentin qərarını oxumayıb? Qərarda hansısa özəl yanaşmadan söhbət açılmır.

Sakinlər isə bir sual düşündürür, "Akkord”dan aldıqları mənzil istismara yarayırsa, niyə bu sənədi illərdir əldə edə bilmirlər. Əksinə, yaramırsa Anar Ağakişiyevi minlərlə mənzil sahibindən fərqləndirən özəllik nədir?



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook