Kərəm Həsənova sual: Mehdiyevin ailəsi kolleci necə özəlləşdirib?
Sentyabr 04
11:33
2020
Bakının Nərimanov rayonunda yerləşən Humanitar Kollecin və yaxınlığındakı 50 sot parkın Ramiz Mehdiyevin ailəsi tərəfindən özəlləşdirildiyi ilə bağlı Hit.Az-da xəbər vermişdik.
Təhsil Nazirliyi sözçüsü isə saytımıza açıqlamasında dövlətin kollecinin özəlləşdirilməsinin mümkün olmadığını və bu məsələdən xəbərsiz olduğunu ifadə etmişdi.
Qeyd edək ki, sənədlər Mehdiyeva Nigar İsmayıl qızı adına rəsmiləşdirilib.
Mehdiyeva Nigar İsmayıl qızının kimliyi araşdırılarkən bəlli olub ki, o, Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) həyat yoldaşıdır.
Əgər Təhsil Nazirliyinin mövzudan həqiqətən xəbəri yoxdursa, sual yaranır ki, o zaman Dövlət Əmlak Komitəsinin sədri olmuş Kərəm Həsənov özəlləşdirməni nəyə əsasən həyata keçirib?
Qlobal.az



