SON XƏBƏR

"Kəpəz" klubu 10 min manat cərimələndi

Oktyabr 30
14:21 2025
Misli Premyer Liqası təmsilçisi "Kəpəz" klubu 10 min manat cərimələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasında IX turun "Kəpəz" – "İmişli" oyununun 25-ci dəqiqəsində "Kəpəz" komandasının qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, "Kəpəz" klubu 1000 manat cərimə edilsin (maddə 44.2);

Misli Premyer Liqasında IX turun "Kəpəz" – "İmişli" oyununun 38-ci dəqiqəsində "Kəpəz" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "Kəpəz" klubu 6000 manat cərimə edilsin (maddə 52.5);

Misli Premyer Liqasında IX turun "Kəpəz" – "İmişli" oyununun 68-ci dəqiqəsində "Kəpəz" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Kəpəz" komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

Misli Premyer Liqasında IX turun "Araz-Naxçıvan" – "Sabah" oyununda "Sabah" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Misli Premyer Liqasında IX turun "Qəbələ" – "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Neftçi" komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

Qlobal.az 

Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook