Kəndli fermer təsərrüfatı məktəbləri necə isidəcək? - 1,6 milyonluq müqavilə
Dekabr 04
18:18
2025
Abşeron-Xızı Regional Təhsil İdarəsi F.H.Abbasova və E.M. Abbasovun Tam Ortaqlı "Mahmud" Kəndli Fermer Təsərrüfatı ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə ümumtəhsil məktəbləri, uşaq bağçaları və körpələr evlərinin binalarının istiliklə təmin olunması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 1 606 829,28 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövkət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, F.H.Abbasova və E.M. Abbasovanın tam ortaqlı "Mahmud" Kəndli Fermer Təsərrüfat 16 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Abşeron rayonu Xırdalan şəhərində yerləşən şirkətin qanuni təmsilçisi İsmayılov Orxan Bilal oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Qlobal.az