“Kənan Məmmədova bahalı hədiyyələr, bəxşişlər vermədiyim üçün Bakı gömrüyü məni incidir“ - İş adamından sensasion ittihamlar
Oktyabr 27
15:38
2021
"LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin və Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə Demokrat.az-ın redaksiyasına açıq məktub ünvanlayıb.
İş adamı R.Aslanov bununla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və müxtəlif dövlət qurumlarının rəhbərlərinə açıq şikayət məktubu ünvanlayıb.
Hörmətli Cənab Prezident!
Bir neçə gün öncə, 16 oktyabrda 19/21 saylı və 21 oktyabrda 20/21 saylı məktublarımla Sizin elektron poçt ünvanınıza müraciət etmişdim. Həmin məktublarda mənə məxsus olan "LİON CENTRE” MMC şirkəti ilə Çin Xalq Respublikasından idxal edilən malların Bakı Baş Gömrük İdarəsindən qeyri-müəyyən səbəblərdən buraxılmadığını və ümumiyyətlə, respublika gömrük orqanları tərəfindən şirkətimin fəaliyyəti ilə bağlı yaradılan süni maneələri qeyd etmişdim.
Məlumat üçün bildirim ki, yalnız bu gün, yəni sonuncu məktubumdan 5 gün sonra çox böyük əziyyətlə şirkətimə aid olan mal ilə bağlı gömrük rəsmiləşdirilməsi həyata keçirildi. Bu günlər ərzində şirkətimə dəymiş maddi ziyan gömrük orqanları tərəfindən ödənilmədi, eyni zamanda şirkətim "LİON CENTRE” MMC-nin ticari imicinə xələl gətirildi, prestijimə zərbə vuruldu, həmçinin əsəb, sarsıntı səbəbilə səhhətimə də böyük ölçüdə zərər dəydi.
Nəzərinizə çatdırmaq istəyirəm ki, şirkətimin işinin dayanmaması üçün şirkət işçilərinə aylıq əmək haqqı və şirkətimlə bağlı kommunal xidmətlərin xərcini ödədiyimdən məcbur olaraq Bakı Baş Gömrük İdarəsinin təkidlə, sözün əsl mənasında öhdəliyimə qoymaq istədiyi qiymətlə razılaşaraq mallarımı gömrükdən çıxarmalı oldum.
Qeyd etmək istəyirəm ki, Bakı Baş Gömrük İdarəsindən mallarımın gömrük rəsmiləşdirilməsi üçün icra etdiyi 4.83 hesablama meyarı tamamilə qanunsuzdur və hətta sadə məntiqi hesablamalarla ziddiyyət təşkil edir.
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və onun tabeliyində olan məmurlar hətta Respublikanın Dövlət Gömrük Komitəsinin rəhbər işçilərini belə saymır, onların irad və təkliflərini qəbul etməkdən imtina edirlər. Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsində elə bir sistem qurub ki, orada yalnız onun dedikləri əsas götürülür, qanunun tələblərinə əməl edilmir.
Bir nüansı vurğulamaq istəyirəm ki, mənim şirkətim üçün göndərilən mallar gəmilərlə müxtəlif okean və dənizlərdən keçir və həmin malların təhlükəsizliyi tam şəkildə təmin edilir, yəni mallarım heç bir "pirat” hücumuna məruz qalmır. Lakin Bakı Baş Gömrük idarəsinə daxil olduğu zaman Kənan Məmmədovun tabeliyində olan "dəniz quldurları” rolunu oynayan gömrük məmurları tərəfindən təcavüzə məruz qalır. Dəfələrlə tərəfimdən Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ilə görüşdüyüm zaman şirkətimə daxil olan malların sənədlərinin tam yerində olduğunu, dövlətə ödəməli olduğum rüsumun sonuncu qəpiyinə qədər ödədiyimi və bundan sonra da həmin mallara görə nəzərdə tutulmuş dövlət rüsumunun qanunvericiliyin tələblərinə əsasən hesablanmış məbləğdə son qəpiyinə qədər ödəyəcəyimi söyləməyimə baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin yüksək rütbəli məmurları, başda Kənan Məmmədov və onun 1-ci müavini Faiq Seyidov olmaqla mənim şirkətimə idxal edilən mallarla bağlı ağlagəlməz uydurma məbləğ ödəməli olduğumu söylədilər. Onlar "Əgər biz sənin malını qanunun tələb etdiyi üsulla və qanuni hesablama qaydası ilə hesablayıb buraxsaq, sən respublikanın bütün bazarlarını həmin ucuz mallarla dolduracaqsan, bazarı ələ alacaqsan və gələcəkdə həmin malın rəsmiləşdirilməsi ilə bağlı hamı sənə müraciət edəcək” dedilər. Onlar açıq şəkildə bildirdilər ki, guya mən onların himayəsində olan firma və şirkətlərin qazancına sahib çıxmaq istəyirəm. Halbuki, bazarlarda mal bolluğu sivil ölkələrdə sağlam rəqabətin yaranmasına səbəb olur. Görünür, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və Faiq Seyidov kimi başqa gömrük məmurları Azərbaycanımızı sivil ölkələr sırasında deyil geridə qalmış respublikaların sırasında görmək istəyirlər. Məni heyrətə gətirən o oldu ki, mən Bakı Gömrük İdarəsində qanunun aliliyindən danışarkən, qanunun tələblərini gömrük məmurlarına izah edərkən, onların istehza ilə mənə yanaşmalarının şahidi oldum. Onlar bildirdilər ki, mən nə deyirəmsə deyim, onsuz da onların dediyi olacaq. Onlar "Kimə istəyirsən şikayət, et heç bir şikayətinə baxmayacaqlar, respublikada hər şey bizim nəzarətimiz altındadır” dedilər. Gömrük məmurları hazırda özlərindən çox razı və arxayındırlar, cəzalandırılmayacaqlarına əmindirlər.
Bakı Baş Gömrük İdarəsinin yüksək rütbəli məmurlarının, əsas etibarı ilə idarənin rəisinin 1-ci müavini Faiq Seyidova bildirdim ki, mən məcburiyyət qarşısında qalaraq, işimin axsamaması, əməkdaşlıq etdiyim şirkətlər qarşısında peşəkar imicimin qorunması, tabeliyimdə olan işçilərə əmək haqqlarının ödənilməsi naminə gömrük əməkdaşlarının mənə təqdim etdiyi yalançı, uydurma rəqəmlərə əsaslanan məbləği ödəyərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə razı olacağam. Lakin bu, o demək deyil ki, mən onların mənə təklif etdiyi "maxinasiya” variantı ilə razılaşıram. Onlara bildirdim ki, mən indi mallarımın rəsmiləşdirilməsi üçün ödədiyim pul vəsaitini gec-tez məhkəmə qaydası ilə də olsa geri alacağam.
Gömrük əməkdaşları mənə bildirdilər ki, ödədiyim pul orda qalır və mallar gömrük rəsmiləşdirməsindən keçdikdən sonra heç kim o pulu geri ala bilməz və həmin əməliyyat üzrə sənədləri bir daha qaldıra bilməz.
Haqlı irad olaraq bildirdim ki, necə olur ki, onlar mənim 1 ay əvvəl gömrük rəsmiləşdirilməsindən keçən 01211000309577 saylı gömrük bəyannaməsi üzrə keçən mallarımla bağlı sənədləri yenidən təftiş edə bilir, mən isə öz qanuni haqqımın təmin edilməsini tələb edə bilmərəm?
Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidov mənə hədə-qorxu gələrək kobud bir şəkildə, səs tonunu qaldıraraq bildirdi ki, "elə etmə ki, sənin şirkətinə yoxlama göndərək şirkətinin işini təftiş edək və sənə Çin Xalq Respublikasından mal göndərən şirkətin saxta olmasını sübut edək”.
Mən ona bildirəndə ki, dediklərinin hamsı yalan və uydurmadı, heç bir əsası yoxdur, Faiq Seyidov mənə bildirdi ki, onların əllərindən hər bir iş gəlir, lazım olarsa, onlar mənim şirkətimin və mənim başıma min bir oyun açarlar. Hətta üstüörtülü şəkildə məni ölümlə də hədələdi. Mən ona məni açıq şəkildə təhdid etdiyini və ölümlə hədələdiyini bildirəndə, Faiq Seyidov mənə sadəcə xəbərdarlıq etdiyini bildirdi.
Hörmətli Cənab Prezident!
Bildirirəm ki, gömrük əməkdaşlarının qanunsuz əməlləri nəticəsində milyonlarla manat dövlət vəsaiti büdcədən yayınaraq, Kənan Məmmədov, Faiq Seyidov və onlar kimi məmurların cibinə axır. Həmin məmurlar öz şəxsi ambisyalarını dövlətin mənafeyindən üstün tutaraq, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirməkdən çəkinmirlər. Özlərinə yaxın olan şirkətlərlə və iş adamları ilə milyonlar qazanaraq ölkəmizin iqtisadiyyatının çökməsinə çalışır və əldə etdikləri milyonlarla manat vəsaitin qara bazarda dövr etməsinə, bununla da əlavə gəlir əldə edilməsinə və həmin vəsaitin özlərinə və yaxınlarına məxsus saxta hesablarda yerləşdirilməsinə şərait yaradırlar.
Bunu necə başa düşmək olar ki, Bakı Baş Gömrük əməkdaşları mənimlə söhbət edərkən bircə dəfə də dövlətin mənafeyindən çıxış etmədilər, dövlətin büdcəsinin qeydinə qalmadılar, yalnız və yalnız mənim bazara ucuz mal gətirməyimin onların mənafeyinə zərbə vuracağından bəhs etdilər. Görəsən, həmin gömrük məmurları düşündülər ki, mənimlə söhbət zamanı öz dedikləri ilə özlərini ifşa etdilər? Bu cür məmurların respublikanın gömrük orqanlarında işləməsi nə dərəcədə məqsədəuyğundur?
Görünür ki, mənim şirkətimdən əldə olunan qanunsuz gəlirə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun çox böyük ehtiyacı var. Görəsən, Kənan Məmmədov üçün karqo şirkətləri tərəfindən edilən hədiyyələr, bəxşişlər yetərli deyilmi? Görəsən, ona bu cür bahalı hədiyyələr edən karqo şirkətlərinin və özünün himayə etdiyi şirkətlərin arzu və istəklərinin ödənilməsi üçün Kənan Məmmədov daha nələrə əl atacaq? Görəsən, Kənan Məmmədov mənim kimi ölkə qanunlarına hörmət edən, ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq öz işini quran sahibkarların fəaliyyətinə süni əngəllər törətməklə nə vaxta qədər həmin himayə etdiyi şirkətlərin tərəfini tutacaq? Görəsən, biz sadə sahibkarların günahı nədir ki, Kənan Məmmədov və onun kimilərinə görə respublikamızda normal biznes fəaliyyəti apara bilmirik?
Hörmətli Cənab Prezident!
Bu 10 gün ərzində mənim keçirdiyim stress, əsəb ömrümdən bir neçə il kəsdi. Sadəcə olaraq ailəmin, yaxınlarımın və şirkətimdə çalışan işçilərin maddi təlabatlarının ödənilməsi üçün biznes fəaliyyətimi davam etdirməyə məcburam. Amma əminliklə söyləyə bilərəm ki, respublika gömrük orqanları tərəfindən ölkəmizin iqtisadiyyatının çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması naminə çalışan mənim kimi sadə iş adamlarının fəaliyyəti ilə bağlı yaradılan süni maneələr iqtisadiyyatımızın inkişafına xidmət etmir. Bir daha qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla respublikamızın gömrük orqanlarında korrupsiya əməllərinin qarşısının alınması və qanunvericiliyin bərqərar olunması məqsədilə, respublikanın hüquq-mühafizə orqanları tərəfindən gömrük qurumlarında aparılan təmizləmə işlərinin müsbət nəticə ilə sona çatacağına inanır və bu təmizlik işləri nəticəsində respublikamızın gömrük orqanlarında çalışan yüksək rütbəli gömrük məmurlarının da məsuliyyətə cəlb ediləcəyinə ümid edirəm.
Hörmətli Cənab Prezident!
Siz ölkəmizin iqtisadiyyatı ilə bağlı etdiyiniz çıxışlarınızda daima bir fikri səsləndirirsiniz: "Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”. Zənnimcə, bu sözlərinizi sahibkarların fəaliyyəti ilə əlaqəli olan müvafiq dövlət qurumlarının binalarının ən görünən yerlərində həkk etmək lazımdır ki, həmin qurumlarda çalışan dövlət məmurları öz işlərini həmin fikrin əsasında qursunlar və bununla da qanunu pozmaqdan çəkinsinlər.
Yuxarıda yazılanlara əsasən Sizdən xahiş edirəm ki, respublika hüquq-mühafizə orqanları tərəfindən Bakı Baş Gömrük İdarəsində aparılan antikorrupsiya tədbirlərinin daha da intensivləşməsi və daha sərt qaydada həyata keçirilməsinə göstəriş verəsiniz.
Cənab Prezident, son ümidimiz Sizsiniz.
Hörmətlə,
"LİON CENTRE” MMC-nin
Direktoru Ramil Aslanov.
R.Aslanov bildirib ki, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən ona bürokratik və süni əngəllər yaradılır.

Mənbə: Demokrat.az
Qlobal.az