Kəmaləddin Heydərovu federasiya prezidentliyində Sahil Babayev əvəz edəcək
Fevral 09
11:36
2022
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
"Report”un məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.



