SON XƏBƏR

Kəmaləddin Heydərovla bağlı qalmaqallı xəbər

Fevral 23
11:03 2016
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi dövlət qurumunun imkanlarından şəxsi biznesini qorumaq üçün istifadə etməsi iə bağlı məlumat əldə etmişik.
 
AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov ona məxsus olan "Gilan Holdinq”in tərkibinə daxil olan meyvə şirələri zavodunun Bakıdakı deposununun yanğından mühafizəsinə FHN-in ən müasir yanğınsöndürmə maşınını ayırıb.
 
Belə ki, Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məxsus "MAN” markalı yanğınsöndürə maşın "Çermet” körpüsünün yanında "Jalə” şirələrinin anbarında gecə-gündüz keşik çəkir. Halbuki Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində daha belə müasir texnika yoxdur.
 
Mənbənin sözlərinə görə, Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mahir Əmrahov ən çox inandığı işçisi olan Asim adlı şəxsi "Jalə”yə təhkim edib.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədov da hər gün "Jalə”də baş verənlərlə şəxsən maraqlandığı bildirilir.
 
Fövqəladə Hallar Nazirliyində baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq.
 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook