SON XƏBƏR

Kəmaləddin Heydərovdan yeni təyinatlar

Aprel 02
15:59 2024
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.

Qlobal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.

Digər əmrlə isə FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook