Kəlbəcərli girovlar haqqında sənədli film çəkildi – “Dünya susmasın!” filmi xarici dillərdə
Avqust 26
12:42
2016
Kəlbəcərli girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənov haqqında sənədli film çəkilib
2014-cü ilin İyul ayında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesi və Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsi barədə danışılan bu filmin müəllifi tanınmış publisist Səbuhi Rəhimlidir. Filmdə Dilqəm, Şahbaz və Həsənin ailə üzvləri və yaxınları danışır, tanınmış şəxslərin fikirləri yer alır.
"İslahatçı Gənclər” İctimai Birliyinin təşkilati dəstəyi və ShushaPost.az İnformasiya Portalının informasiya dəstəyi ilə hazırlanan "Dünya susmasın!” filmi erməni vəhşiliyi nəticəsində öz dədə-baba yurdundan didərgin düşmüş üç azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun həyatından bəhs edir.
2014-cü ilin İyul ayında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesi və Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsi barədə danışılan bu filmin müəllifi tanınmış publisist Səbuhi Rəhimlidir. Filmdə Dilqəm, Şahbaz və Həsənin ailə üzvləri və yaxınları danışır, tanınmış şəxslərin fikirləri yer alır.
Azərbaycanlı girovların azadlığa çıxması məqsədilə atılan addımlar barədə danışan millət vəkili Qənirə Paşayeva və hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan dövlətinin girovların azadlığa çıxması üçün gördüyü işlər barədə məlumat veriblər.
Qeyd edək ki, "Dünya susmasın!” filmi sentyabr ayının əvvəlində ictimaiyyətə təqdim ediləcək. Filmin ingilis, rus və erməni dillərinə tərcümə edilərək xarici ölkələrdə təqdim edilməsi planlaşdırılır.
Qlobal.az