SON XƏBƏR

Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb - Rusiya MN

Mart 15
10:34 2021
Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilb ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 20 hərbi yük avtomobilindən ibarət 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb.

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook